Sevginin Sərhədi Yoxdur!

3.12.2022
3 Dekabr ''Beynəlxalq Əlillər Günü” münasibəti ilə Liv Bona Dea Hospitalın təşkilatçılığı ilə  xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də bu  kateqoriyaya aid olan digər uşaqların iştirakı ilə görüş və xeyriyyə aksiyası təşkil olundu. Eyni zamanda, hospitalın həkimləri tərəfindən görüşdə iştirak edəcək uşaqların müayinəsinin aparılması planlaşdırıldı və tədbir çərçivəsində sosial vəziyyəti aşağı olan ailələrin uşaqlarına 100 ədəd qış geyimi (gödəkçə, ayaqqabı) hədiyyə edildi. Türkiyədən gələn dəyərli qonaqlarımızın da iştirak etdiyi tədbir xoş anlarla yadda qalaraq Türkiyə-Azərbaycan qardaşlığı mövzusu xüsusi olaraq vurğulandı. İştirakçılar arasında şəhid ailələrinin üzvlərinin və xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı bizim üçün çox dəyərli idi. Tədbirin sonunda Azərbaycanın əməkdar artisti Abbas Bağırov və müğənni Xəyyam Nisanov musiqi ifa etdilər. Tədbirdə xüsusi dəstək göstərdiyinə görə Qızılay Dərnəyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, tədbirin aparıcısı Leyla Quliyevaya təşəkkürümüzü bildiririk.