Uşaq Ürək Mərkəzinin Təqdimat Mərasimi

9.12.2022
"Liv Bona Dea Hospital" da "Uşaq Ürək Mərkəzi"-nin təqdimat mərasimi keçirilib. Tədbiri giriş nitqi ilə açan hospitalın baş direktoru Taner Özbek son dövrdə yeni fəaliyyətə başlayan xidmətlərdən danışıb. Yüksək ixtisaslı həkim-mütəxəssislərin dəvət edilməsinin ümümilikdə Azərbaycan səhiyyəsinin inkişafına olan müsbət təsirlərindən söz açılıb.  Hospitalın uşaq- ürək cərrahı Uzman. Dr Şiraslan Baxşəliyev və uşaq kardioloqu Uzman. Dr Bəhruz Əliyev həyata keçirdikləri əməliyyatlar və yeni müalicə metodları haqda tibb işçiləri və ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verib. Hospitalda sağlamlığına qovuşan azyaşlılar və onların ailələri fikirlərini bölüşüb. Tədbirdə iştirak hər bir şəxsə Liv Bona Dea Hospital adından təşəkkürümüzü bildiririk.