Uşaqlıq Boynu Xərçəngi Fərqindəlik Simpoziumu

27.01.2024
Liv Bona Dea Hospitalda “Uşaqlıq boynu xərçəngi” fərqindəlik simpoziumu keçirilib.

İctimaiyyət nümayəndələri və tibb mütəxəssilərinin iştirak etdiyi tədbirdə “Uşaqlıq boynu xərçənginin cərrahi müalicəsində müasir yanaşma”, “Uşaqlıq boynu xərçənginin müalicəsindən əvvəl və sonra dəyərləndirilməsi”, “Uşaqlıq boynu xərçəngi medikal müalicə” və “Uşaqlıq boynu xərçənginin skrininqi, diaqnozu, qorunma metodları” mövzularında çıxışlar olub. Simpoziumda Milli Məclisin Komitə sədri Hicran Hüseynova, millət vəkilləri Məlahət İbrahimqızı, Jalə Əhmədova, Könül Nurullayeva və Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da yer alıb.

Sonda müsabiqə əsasında seçilmiş 5 nəfərə ödənişsiz müayinə hədiyyə edilib. Simpoziumda iştirak edib, dəyər qatan hər bir şəxsə Liv Bona Dea Hospital adından təşəkkürümüzü bildiririk.

Liv Bona Dea Hospital - Sağlamlığın gələcəyi!