Uşaqlar Bizim Gələcəyimizdir!

10.06.2023
10 İyun Liv Bona Dea Hospitalın təşkilatçılığı ilə Dənizkənarı Bulvar ərazisində uşaqlar üçün əyləncəli tədbir keçirildi. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Özəl keçirilən tədbir çox maraqlı anlarla yadda qaldı və onların sevincinə şərik olduq. 




Əyləncəli tədbirimizdə iştirak edən uşaqlar üz boyaması, rəsm çəkmə, panda şousu, musiqi və bir-birindən maraqlı rəqslərlə günümüzə maraq qatdılar. Tədbirdə iştirak edən bütün uşaqlara isə Liv Bona Dea Hospitalda ÖDƏNİŞSİZ diş və göz müayinəsi hədiyyə edildi. 🥳