Tulium Fiber Lazer Nədir?

Tulium Fiber Lazer Nədir?

Tulium nadir metallar qrupuna aid bir element olub, lazerlə həyata keçirilən əməliyyatlarda istifadə olunur. Tulium lifi tibbi cihazların inkişafında istifadə olunan fiber optik materiallar qrupuna daxildir.

Tulium Fiber Müalicəsində Hansı Üsullardan İstifadə Edilir?
Urologiya cərrahiyyəsində lazer üsülundan istifadə gündən-günə artır. Urologiyada istifadə olunan ənənəvi lazer üsulları uroloji xəstəliklərin müalicə prosesini sürətləndirir və asanlaşdırır. Liv Bona Dea Hospital Urologiya şöbəsində istifadə edilən tulium fiber lazer cihazı mövcud və geniş istifadə olunan lazer texnikaları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Böyrək, sidik kisəsi və sidik axarında olan daşların da müalicəsində istifadə olunan lazer texnologiyası xoşxassəli prostat böyümələrini asanlıqla aradan qaldırır.
 
Tulium Fiber Necə Tətbiq Edilir və Üstünlükləri nələrdir?
1.Tulium Fiber lazer cihazı nazik zondlara malik olduğu üçün prostatı asanlıqla müalicə edir. 
2.Qanaxma riskini minimuma endirir.
3.Proses 30 dəqiqə ərzində gerçəkləşir.
4.Müalicə bir seansda tamamlanır.
5. Xəstənin ən qısa zamanda normal fəaliyyətə və iş həyatına qayıtması təmin edir.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə