liv tibbi bölmələri
Neyrocərrahiyyə
Neyrocərrahiyyə
Beyin və Sinir Cərrahiyyəsi (Neyrocərrahiyyə) Klinikası
Liv Bona Dea Hospital Beyin və Sinir Cərrahiyyəsi (Neyrocərrahiyyə) Klinikasında; İstər böyük, istərsə də pediatrik xəstə qruplarında müşahidə edilən beyin və sinir sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi aparılır. Klinikamızda; yüksək texnologiya və təcrübə tələb edən qabaqcıl prosedurlar da qüsursuz həyata keçirilir.Liv Bona Dea Hospital Beyin və Sinir Cərrahiyyəsi (Neyrocərrahiyyə) Klinikasında; kompleks əməliyyatların tələb etdiyi mütəxəssis heyəti və texnoloji infrastrukturu ilə dünya standartlarına cavab verən avadanlıqlarla keyfiyyətli və təhlükəsiz səhiyyə xidməti göstərilir.
Beyin və Sinir Cərrahiyyəsi Şöbəsində Onkologiya Şurası ilə İdeal Müalicə
Liv Bona Dea Hospital Beyin və Sinir Cərrahiyyəsi Klinikasında; Histopatoloji qiymətləndirmələr mikroskopik olaraq araşdırılır və 9-14 alt bölmədən ibarət immunohistokimyəvi panellər tətbiq edilir. Nəticələr neyrocərrahiyyə, onkologiya, neyroradiologiya və patologiya mütəxəssislərinin daxil olduğu həftəlik şiş şuralarında müzakirə olunur. Beləliklə, əməliyyatdan sonra xəstənin ideal müalicə sxemi yaradılır; radioterapiya və kimyaterapiya kimi əlavə müalicə üsullarına ehtiyac olub-olmadığı müəyyən edilir. Şurada klinik hallara multidissiplinar prizmadan yanaşılır. Həkimlər klinik hallara fərdi müalicələr tətbiq edir.Beyin və Sinir Cərrahiyyəsi Şöbəsi Kompleks Xəstəliklərdə Yüksək Uğur Təmin edir
Çətinlik dərəcəsini və xarakterini nəzərə alsaq, kompleks beyin və onurğa beyni şişləri, anevrizma, hemifasial spazm, trigeminal nevralgiya, parkinson və distoniya kimi xəstəliklər aparılan əməliyyatların əksəriyyətini təşkil edir. Bunlarla yanaşı ümumi neyrocərrahiyyə (beyin və neyrocərrahiyyə) praktikasında mövcud olan xəstəliklərə yönəlmiş yanaşmalar da həyata keçirilir.Liv Bona Dea Hospital Neyrocərrahiyyə Klinikasında; keçən il icra edilən xüsusi beyin əməliyyatlarında infeksiya və ağırlaşma nisbəti 0 faiz müəyyən edilib.
Beyin və Sinir Cərrahiyyəsi Şöbəsində Yüksək Keyfiyyətli Avadanlıq
Klinikamızda; Zəruri hallarda elektrofizioloji monitorinq aparılmaqla nevroloji funksiyanın itirilməsi riski minimuma endirilir. Neyrocərrahiyyə və reanimasiya qrupunun birgə yanaşması ilə bir çarpayılıq izolə otaqlar şəklində təşkil edilmiş reanimasiya şöbəsində bütün kəllə-beyin klinik halları əməliyyatdan sonrakı ilk gündə izlənilir. Adətən xəstə ertəsi gün otağına köçürülür və onun üçün ən təhlükəsiz və ən uyğun vaxtda evə buraxılır.Beyin və Sinir Cərrahiyyəsi Şöbəsində Təcrübəli Komanda
Əksər hallarda əməliyyat zamanı və ya əməliyyatdan sonra qanköçürmə tələb olunmur. Bu nəticələrin əldə edilməsində təcrübəli komanda işi və qabaqcıl texnoloji avadanlıq mühüm rol oynayır.Beyin və Sinir Cərrahiyyəsi Şöbəsi Pediatriya Klinikası ilə Əməkdaşlıqda
Xəstəxanamızın pediatriya şöbəsi pediatrik xəstələrin əməliyyatdan əvvəl qiymətləndirilməsində və əməliyyatdan sonrakı təqibində birinci dərəcəli fəal rol oynayır və xəstələr yatış müddətində pediatrlar tərəfindən təqib edilir.
Beyin və Sinir Cərrahiyyəsi Hansı Xəstəliklərlə Məşğul olur?
● Disk yırtıqları, degenerativ onurğa xəstəlikləri● Periferik sinir cerrahiyyəsi
● Kongenital malformasiyalar
● Kompleks beyin və onurğa beyni şişlərinin cərrahi müalicəsi
● Anevrizma, kavernoma və AVM kimi vaskulyar malformasiyalar üçün cərrahi müalicələr
● Parkinson xəstəliyi, titrəmə və distoniya kimi hərəkət pozuntularının cərrahi müalicəsi və epilepsiya üçün qabaqcıl cərrahi prosedurlar icra edilir.
Önə Çıxan Xidmətlər