Sağlamlığın Gələcəyi artıq Bakıda
Liv Hospital Bona Dea Beynəlxalq Xəstəxanası ilə əməkdaşlığa başladı!
2013-cü ildən etibarən Türkiyədə 6 xəstəxana ilə fəaliyyətinə davam edən Liv Hospital Türkiyədən sonra artıq Azərbaycanda da xidmət göstərməyə başladı. Liv Bona Dea Xəstəxanası adı altında xidmətə başlayacaq xəstəxana, Liv Hospitalın 7-ci filialı olaraq başda Azərbaycanlılar olmaqla, regionun bir çox ölkəsindən insanlara beynəlxalq standartlarda sağlamlıq xidməti göstərəcək.
Gələcəyə Toxun!
Liv Bona Dea Hospital Süni Mayalanma Mərkəzi bu çətin yolda yüksək müvəffəqiyyət nisbəti ilə cütlüklərin xəyallarını gerçəkləşdirir.
Liv Bona Dea Hospital bütün tibbi proseslərdə olduğu kimi reproduktiv sağlamlıq sahəsində də cütlüklərə qabaqcıl müalicə variantları təklif edir. JCI akkreditasiyasına layiq görülmüş Liv Hospital Süni Mayalanma Şöbəsində xəstələrə beynəlxalq meyarlara uyğun olaraq qurulmuş keyfiyyət standartları ilə məhdudiyyətsiz dəstək, yüksək klinik təcrübə, qabaqcıl cərrahi müalicə variantları və ən son müalicə protokolları ilə xidmət göstərilir.

 
HOLEP Əməliyyatı nədir?
Prostat müalicəsində yenilik!
Genişlənmiş prostat bəzi kişilərdə ciddi tibbi problemlərə səbəb ola bilər. Xəstəliklə bağlı dərman müalicəsi ya prostatı kiçildir, ya da prostatdakı hamar əzələlərə təsir edərək xəstələrin rahat sidiyə getməsinə şərait yaradır. Əgər dərmanlar kifayət etməməyə başlayırsa, o zaman prostatda əməliyyat aparılması zərurəti yaranır. HOLEP, cərrahi müdaxilə tələb edən xoşxassəli prostat böyüməsi olan xəstələr üçün lazerlə müalicə üsuludur.
Sağlamlıq Evinizə Gəlir!
Liv Bona Dea Hospitalda Evdə Tibbi Baxım Xidməti əsas sağlamlıq xidmətləri olan həkim müayinəsi və tibb bacısı xidmətləri, əməliyyat sonrası baxım, yaşlı xəstələrin baxımı, xroniki xəstəliklərin təqibi, doğuşdan sonrakı təqiblər, fizioterapiya, check-up, laborator müayinələr kimi bir çox xidmətlər təklif edir.
 
JCI Akkreditasiyası
"Liv Bona Dea Hospital" olaraq 2022-ci il mart ayının 30-u və 31-i JCI akkreditasiya təsdiqi prosesindən uğurla keçərək dünyada son 10 ildə standartları 100%-lik nəticə ilə qarşılayan ilk xəstəxana olduq. Ölkəmizdə və regionda Beynəlxalq Birgə Komissiya (JCI) tərəfindən 100% nəticə ilə qiymətləndirilən ilk səhiyyə müəssisəsi olmaq bizim üçün çox dəyərlidir. 

 
Hematologiya Mərkəzimiz Xidmətinizdədir!
Hematologiya Hansı Növ Xəstəliklərlə Məşğuldur?
Hematologiya; Sümük iliyi, limfa sistemi və qanla əlaqəli həyati əhəmiyyətli qan xəstəliklərini, o cümlədən limfoma, çoxsaylı mieloma, kəskin və xroniki leykemiya kimi xəstəlikləri araşdıran bir elm sahəsidir. Liv Bona Dea Hospital Hematologiya Klinikası tibbi və radiasiya onkologiyası kimi digər sahələrlə sıx əməkdaşlıq edir. Hematologiya Klinikamız təcrübəli həkim və yaxşı təchiz olunmuş infrastrukturu ilə dünya səviyyəli keyfiyyətli və təhlükəsiz səhiyyə xidməti təqdim edir.
Sağlamlıq Xidmətlərində Sığorta Tərəfdaşlarımız!
Liv Bona Dea Hospital - Sağlamlığın Gələcəyi!
Sığorta Tərəfdaşlarımız ilə olan əməkdaşlığın əsas məqsədi vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini təmin etməkdir. Biz sığorta tərəfdaşlarımız ilə olan əməkdaşlığımızı yüksək qiymətləndiririk və davamlı birgə fəaliyyətimizin böyük nailiyyətlərə yol açacağına ümid edirik.
Tibbi Mərkəzlər və Konsiliumlar
Konsiliumlarla fərdiləşdirilmiş tibb
Liv Bona Dea Hospital müxtəlif sahələrdən təcrübəli və mütəxəssis həkimlərdən ibarət konsiliumlarda bir çox xəstəliklərin diaqnostika və müalicəsinə qərar verir. Bu sahədə mütəxəssis olan bir çox həkimin iştirak etdiyi konsiliumların qərarına əsasən, müasir yanaşmalar nəzərə alınaraq ən uyğun müalicə protokolları müəyyən edilir.
 - Onkoloji konsiliumlar
 - Ürək Sağlamlığı konsiliumları